Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti: O həkimdən çıxıb, bu həkimə gedirəm, heç bir nəticə yoxdur...

Xalq artisti: O həkimdən çıxıb, bu həkimə gedirəm, heç bir nəticə yoxdur...

Tarix: 12 Oktyabr 2023 22:08

"Ayağımla bağlı bütün gün həkimlərdəyəm. O həkimdən çıxıb, bu həkimə gedirəm. Gah fizioterapiya, gah iynə terapiyası... Hələ ki canımla əlləşirəm. Nə bilim. Heç bir nəticə yoxdur..."

Bu sözləri pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.

"Biri deyir ki, yaxşı olacaq, o biri deyir, əməliyyat lazımdır. Hərəsi bir söz deyir. Müalicə etdirirəm, görək axırı nə olacaq...", - o bildirib.

Xatırlatma: 10 il əvvəl yıxılaraq ayağından xəsarət alan Xalq artisti gec müalicə etdirdiyi üçün dizində ciddi fəsad yaranıb.

Milli.Az


Etiketlər:  Xalq artisti O həkimdən çıxıb bu həkimə gedirəm heç bir nəticə yoxdur


RƏYLƏR