Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi bu gün Estoniya ilə üz-üzə gələcək

Azərbaycan millisi bu gün Estoniya ilə üz-üzə gələcək

Tarix: 13 Oktyabr 2023 10:00

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az "report"a istinadən bildirir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Estoniya ilə üz-üzə gələcək.

Tallində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Robert Şröder olacaq.

F qrupunun digər matçında Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.

AVRO-2024, seçmə mərhələ

VII tur

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert Şröder.

Tallin. "Le Koq Arena".

Milli.Az


Etiketlər:  Azərbaycan millisi bu gün Estoniya ilə üz üzə gələcək


RƏYLƏR