Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

İlham Əliyev: Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

Tarix: 13 Oktyabr 2023 13:42

Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.

"Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb", - deyən dövlətimizin başçısı Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Ölkələrimiz arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir


RƏYLƏR