Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kreditə görə bank işçisini güllələdi

Kreditə görə bank işçisini güllələdi

Tarix: 13 Oktyabr 2023 16:38

Türkiyədə bir şəxs bankda işləyən  dostunu ofisində yeni kredit ala bilmədiyi üçün boynundan güllələyib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Remzi adlı bir şəxs bir müddət əvvəl Şişlidə bankdan 340 min lirə kredit götürüb. Lakin bir müddət sonra  işi pis getdiyi üçün banka olan borcunu ödəyə bilməyib. Bu səbəbdən bankda tanış olub dostluq etdiyi və bank işçisi Cəmil A. ona zəng edib onun üçün yeni kredit götürməsini istəyib. Lakin Cəmil yeni kredit verə bilməyib.

Bu vəziyyətə əsəbiləşən Remzi sakitcə stulda oturan dostunun arxasına keçərək tapança ilə onun boynundan atəş açıb.

Polis nəzarətinə götürülən və törətdiyi cinayəti etiraf edən  Remzi T. cinayətdən tutularaq həbs edilib..

Fidan


Etiketlər:  Kreditə görə bank işçisini güllələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ