Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan bu məsələdən narahatdır - Çıxış yolu...

Ermənistan bu məsələdən narahatdır - Çıxış yolu...

Tarix: 15 Oktyabr 2023 00:12

"Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək" açılqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb.

Milli.Az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu İran, Rusiya və Fransanın Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar verməsini şərh edərkən qeyd edib.

O Qərbi Zəngəzurun tarixi torpaqlarımız olduğunu və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququnun olduğunu vurğulayıb.

"Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək" açılqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb.Elə buna görə İran, Rusiya, Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər. Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ var. Bundan başqa Zəngəzur dəhlizi mövzusu gündəmdə ağırlığını qoruyur. Qərbdə bundan çıxış edərək Qərbi Zəngəzurun Azərbaycanın hədəfində olduğunu yazırlar. Halbuki, başda prezidenti İlham Əliyev olmaqla Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Yəni ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir".

Milli.Az


Etiketlər:  Ermənistan bu məsələdən narahatdır Çıxış yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ