Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu insanlar qoz ləpəsi yeməməlidir - SƏBƏB

Bu insanlar qoz ləpəsi yeməməlidir - SƏBƏB

Tarix: 17 Oktyabr 2023 05:03

Bəzi zamanlarda qoz ləpəsi yemək mədə ağrısı və ya ishal kimi bəzi gözlənilməz əlamətlərə səbəb ola bilər.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, fındıq zülal, vitamin və minerallarla zəngin qidalı və sağlam qidadır. Ancaq onların istehlakı müəyyən kateqoriyalı insanlar üçün zərərli ola bilər. 

Mütəxəssislər bildirir ki, liflə zəngin olan qoz-fındıq ləpəsi bəzi mədə-bağırsaq xəstəliyi olan insanlara pis təsir edə bilər. Çünki tərkibindəki yüksək lif həzm problemləri yaradır. Nəzərə almaq lazımdır ki, qoz-fındıq ləpəsi bəzi hallarda mədə-bağırsaq sağlamlığına müsbət təsir göstərsə də, problemləri daha da pisləşdirə bilər. Xüsusilə qoz-fındıq ləpəsi yedikdən sonra qəbizlik, şişkinlik, qaz, qusma, ishal və ya mədə ağrısı kimi mənfi əlamətlərlə qarşılaşdığınız halda həkimə müraciət etməyiniz tövsiyə olunur. 

Mütəxəssisin fikrincə, qoz ləpəsi normal miqdarda yeyildikdə, uzun müddət toxluq hissi yaratdığından arıqlamağa kömək edir. Bununla belə, məhsulun həddindən artıq istehlakı, əksinə, çox yüksək kalorili olduğu üçün artıq çəki artımına səbəb ola bilər. Ona görə də pəhriz saxlayan insanlar onları yeməməlidir.


Etiketlər:  insanlar ləpəsi yeməməlidir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ