Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq

Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq

Tarix: 17 Oktyabr 2023 18:42

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı satqısı nağdsız qaydada olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ