Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəsmi Bakı: "Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib"

Rəsmi Bakı:

Tarix: 17 Oktyabr 2023 20:18

"Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi ciddi deyil:

"Laçın yolunun guya "eksterritoriallığ"ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir".

Milli.Az


Etiketlər:  Rəsmi Bakı Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ