Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməs keçirilir - YENİLƏNİR

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməs keçirilir - YENİLƏNİR

Tarix: 18 Oktyabr 2023 10:15

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi alınır.

İş üzrə dövlət ittihamını xüsusi olaraq baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və İttiham idarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.

-------

08:45


Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Ötən prosesdə məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Milli.Az


Etiketlər:  Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməs keçirilir YENİLƏNİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ