Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağadadaş Ağayevin aldığı paltarı görən Nigar efirdə AĞLADI - VİDEO

Ağadadaş Ağayevin aldığı paltarı görən Nigar efirdə AĞLADI - VİDEO

Tarix: 18 Oktyabr 2023 11:15

Əməkdar artist Nigar Şabanova efirdə göz yaşı axıdıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki,  buna səbəb illər əvvəl Xalq artisti Ağadadaş Ağayevin Nigar üçün aldığı libasın "İncə səhər" verilişində ona təqdim olunması olub. 

Həmin geyimi görən Nigar üzərinə qoyaraq ağlayıb. A.Ağayev isə gənc həmkarını "Kasıb geyim deyil ki? Normal geyimdir" deyərək ovutmağa çalışıb. 

Proqramın aparıcısı Vüsalə Əlizadə "Bu Nigar üçün ən bahalı geyimdir. Çünki o imkansız bir ailənin övladı olub. Özünün dediyi kimi, heç geyinməyə paltarı belə olmayıb. Qonşularının paltarlarını geyinib. Gözəl ürəyə sahib sənətkar (Ağadadaş Ağayevi nəzərdə tutur - red.)

Nigarı yanında məclislərə, tədbirlərə, toylara aparanda bu geyimi ona alıb, geyindirir (Həmin an efirdə Nigarın həmin paltarda fotoları nümayiş olunur). Ağadadaş müəllim Nigarın əlindən tutub səhnələrə çıxarır. Bax gör, necə xoşbəxt görüntüləriniz var" sözlərini dilə gətirib. 
Daha sonra Nigar "Mən bir neçə toyda çox köhnə bir paltarda çıxdım. Ağadadaş müəllim görüb hiss elədi ki, o geyimlər mənim deyil. Qonşumuzun geyimini geyinirdim. Ağa əminin qızının ayaqqabısını geyinirdim. O da ayağıma elə balaca olurdu ki, toya gedib çatdıqda ayağım qanayırdı" kəlmələri ilə hər kəsi göz yaşına boğub. 

Həmin kadrları sizə təqdim edirik: 

Milli.Az


Etiketlər:  Ağadadaş Ağayevin aldığı paltarı görən Nigar efirdə AĞLADI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ