Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, soyqırım, vəhşiliyin ən dəhşətlisidir''

''Bu, soyqırım, vəhşiliyin ən dəhşətlisidir''

Tarix: 18 Oktyabr 2023 12:45

"Özünü müdafiə edən İsrail ötən həftədən bu yana artıq mindən çox uşaq öldürüb. İndi də xəstəxana. Bir adam əlində iki uşağının qalıqlarını saxlayır. İsrailin növbəti "özünümüdafiəsi" üçün atılan bombadan bu adama iki uşağının qalıqlarını zənbildə daşımaq qalıb. İlk gündən susurdum".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkə hesabında yazıb. İsrail-Fələstin münaqişəsindən yazan aparıcı bunları əlavə edib:

"30 il işğal altında olan, Xocalı faciəsi görən bir ölkənin başqa bir işğalçını dəstəkləyib, günahsız insanlarının "onlar bizim müharibədə yanımızda olmadılar, qoy ölsünlər" deyən və müasir dövrün ən vəhşi soyqırımına bəraət qazandıran insanları kənardan izləyirdim. Təəccübləndim? Yox! Puluna, vəzifəsinə görə insana qiymət verən insanlardan başqa bir şey gözləməyə dəyməz. Siyasi baxışlarından, dinindən, irqindən, mövcud olan və ya olmayan ağlından asılı olmayaraq hər kəs ilk növbədə insan olmalıdır. Əfsuslar olsun, artıq insanlıq qalmayıb. Heç bir nəfər də ərəb dostum yoxdur. Amma çoxlu yəhudi dostum var. Dəfələrlə İsraildə olmuşam. Mən nə müsəlman, nə yəhudi, ümumiyyətlə heç bir dini qəbul etmirəm. Yəni, məni nə İsrail, nə də Fələstinə bağlayan xüsusi simpatiyam, antipatiyam var. Amma bu gün İsrailin Fələstinə etdiyi böyük insan faciəsidir. Soyqırım və etnik təmizləmədir. Vəhşiliyin ən dəhşətlisidir. Bunu görməzdən gələn isə insan deyil".

Qeyd edək ki, İsrail ordusu hadisə ilə bağlı məlumat yayaraq xəstəxananın onlar tərəfindən vurulması xəbərlərini təkzib edib.

"Bizim ixtiyarımızda olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, "İslami Cihad" Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır" - İsrail ordusunun məlumatında deyilir.

Milli.Az


Etiketlər:  soyqırım vəhşiliyin dəhşətlisidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ