Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuli Qusman: “Prezident İlham Əliyevlə çox fəxr edirəm”

Yuli Qusman: “Prezident İlham Əliyevlə çox fəxr edirəm”

Tarix: 18 Oktyabr 2023 20:48

"Mən Prezidentimiz İlham Əliyevlə çox fəxr edirəm. Onunla Azərbaycan çiçəkləndi, Bakı isə dünya miqyaslı şəhərə çevrildi".

Milli.Az xəbər verir ki, bunu "Report"a teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim Yuli Qusman deyib.

"Heydər Əliyev dünyasını dəyişəndə ​​gənc İlham Əliyev üçün mənəvi cəhətdən kifayət qədər çətin idi, çünki böyük dövlət xadiminin oğlu olmaq və atanıza layiq olduğunuzu əməlinizlə sübut etmək həmişə çətindir. İlham Əliyevin bütün nailiyyətləri uzun müddət sadalaya bilərəm. O həm də parlaq sərkərdə çıxdı və Qarabağı qaytardı. Onun gördüyü işlər bu 20 ilə layiqdir. Bu illər Azərbaycan xalqının böyük əmək sərf etdiyi, inanılmaz qələbələr - həm iqtisadi, həm də diplomatik qələbələr qazandığı illəri idi", - Y.Qusman bildirib.

O, heyrətamiz, böyük və möhtəşəm işinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib: "Yaşasın Azərbaycan! Məncə, hər bir azərbaycanlının ürəyində bu sözlər səslənir".

Milli.Az


Etiketlər:  Yuli Qusman Prezident İlham Əliyevlə çox fəxr edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ