Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 yaşdan sonra süzənək və sifilisə yoluxma riski niyə daha yüksəkdir?

50 yaşdan sonra süzənək və sifilisə yoluxma riski niyə daha yüksəkdir?

Tarix: 19 Oktyabr 2023 05:30

50 yaşdan sonra cinsi yolla keçən infeksiyalara yoluxma riski artır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə infeksion xəstəliklər üzrə həkim Eşli Lipps xəbərdarlıq edir.

Həkim izah edib ki, insanların cinsi yolla keçən xəstəliklərə meylli olmasını 50 yaşdan sonra insanların planlaşdırılmamış hamiləlikdən narahat olmadıqları üçün qoruyucu vasitələrdən daha az istifadə etməsi ilə izah etmək olar. Həmçinin, həkim əlavə edib ki, həkimlər bu yaşda insanlara təhlükəsiz cinsi əlaqə haqqında daha az xəbərdarlıq edirlər, çünki səhvən 50 yaşdan yuxarı insanların onunla məşğul olmadığına inanırlar. Həkim qeyd edib ki, onların da cinsi yolla keçən infeksiyalara yoxlanılma ehtimalı azdır ki, bu da xəstəliklərin gec diaqnozuna gətirib çıxarır.

O əlavə edib ki, müəyyən yaşdan sonra cinsi yolla keçən xəstəliklər qeyri-spesifik əlamətlər şəklində özünü göstərə bilər. Məsələn, qonoreya bəzən boğaz ağrısına və ya oynaq ağrısına səbəb olur, sifilis isə dəridə səpgi və qaşınma kimi görünə bilər və bu da diaqnozu çətinləşdirir.

Milli.Az


Etiketlər:  50 yaşdan sonra süzənək sifilisə yoluxma riski niyə daha yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ