Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 05:51
Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasız.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər xroniki stresin psixi sağlamlıqdan əlavə, bədən sağlığını da pozduğunu bildirir.
Alimlər stresin fiziki əlamətlərini açıqlayıb.
- Xroniki baş ağrısı - stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur.
- Yuxusuzluq və enerjisizlik - bu daha çox işdən qaynaqlanır
- Cinsi istəyin azalması - qadınlar bundan daha çox əziyyət çəkir
- Dəri problemi - stresdə olan insan tez-tez çirkli əllərini üzünə sürtür, bu da dəri infeksiyası və sızanaqlara səbəb olur.
- Mədə problemləri - stress qastrit, qəbizlik, diareya, digər həzm problemlərinə səbəb olur.
- Saç tökülməsi - stresdən saçlar zərər görür