Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 09:56
Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilməsi riski kifayət qədər yüksəkdir.
Sonxeber.net Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Hər şeyi İranın üzərinə yıxmaq cəhdlərini müşahidə edirik və bunu kifayət qədər təxribatçı cəhd hesab edirik. İran rəhbərliyi, məncə, kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır", - deyə rusiyalı nazir əlavə edib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə Yaxın Şərqdə vəziyyətin gərginləşdirilməsi məsələsində təmasdadır.
S. Lavrov bildirib: "İstənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyi ilə diktə olunur. Konkret nə nəzərdə tutulur, təbii ki eşitmək istərdik".
"İstərdik ki, istənilən yanaşma kiminsə maraqlarının başqalarının maraqları bahasına təlqin edilməsin, tərəflərin maraqları balansına əsaslansın. Bunu nəzərdən keçirmək üçün əməkdaşlığa hazır olacağıq", - deyə XİN rəhbəri qeyd edib.