Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşında alışqan yandırdı, partlayış oldu - 1 ölü, 1 yaralı - FOTO

Maşında alışqan yandırdı, partlayış oldu - 1 ölü, 1 yaralı - FOTO

Tarix: 19 Oktyabr 2023 19:50

Türkiyədə avtomobildə əyləşən gənc, çaxmaq yandırarkən partlayış baş verib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hadisə Samsun şəhərinin Canik rayonunda qeydə alınıb.

Mustafa Bal və Gökay Aslan səhər saatlarında park edilmiş avtomobilə əyləşərək bir müddət söhbət ediblər. Bu vaxt Bal alışqanı yandırmaq istəyəndə partlayış olub.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Mustafa Balın öldüyü müəyyən edilib.

Üzündən və əlindən yanıq xəsarətləri alan Gökay Aslan Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Balın meyiti isə yarılmaq üçün morqa aparılıb.


Etiketlər:  Maşında alışqan yandırdı partlayış oldu ölü yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ