Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İnsanlar bir-birinə qarşı necə bu qədər qəddar ola bilirlər?”

“İnsanlar bir-birinə qarşı necə bu qədər qəddar ola bilirlər?”

Tarix: 19 Oktyabr 2023 22:30

Məşhur müğənni Madonna "Celebration" adlı yeni dünya turnesi zamanı növbəti dəfə Fələstin-İsrail münaqişəsinə münasibət bildirib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı dinləyicilərini dünyada baş verənlərə səssiz qalmamağa, sülhə səsləyib:

"Sosial şəbəkələri izləyəndə ürəyim bulanır. Uşaqların qaçırıldığını görürəm, körpələrin başı kəsilir, dinc məclislərdə gənclər güllələnir və öldürülür. Dünyada nə baş verir? İnsanlar bir-birinə necə bu qədər qəddar ola bilirlər? Daha da pisləşir və bu məni qorxudur.

(O, daha sonra amerikalı yazıçı Ceyms Artur Bolduindən sitat gətirib) Dünyadakı uşaqlar hər birimizə aiddir. Onların haradan gəldikləri, dərilərinin rəngləri, dinlərinin nə olması məni maraqlandırmır - uşaqlar bizə aiddir. Biz isə onlara cavabdehik".

Müğənni çıxışı zamanı bu həftə Çikaqoda altı yaşlı Vadi Əl-Fayumun qətlini xatırladıb. Bu məqamda xatırldaq ki, 71 yaşlı ev sahibi Cozef Çuba uşağı bıçaqlayıb və anasına hücum edib. Yerli hüquq-mühafizə orqanlarından bildirib ki, detektivlər hadisənin qurbanlarının hər ikisinin müsəlman olması və Yaxın Şərqdə davam edən münaqişənin təsiri fonunda baş verib.

"Unutmamalıyıq ki, biz insanıq, insanlığımızı itirə bilmərik. Qəlbimiz qırılsa da, ruhumuz parçalanmır. Heç kim ruhumuzu qıra bilməz.

Siz dünyada baş verənlərə baxıb deyə bilərsiniz: "Cəhənnəmə. Nə edim, mən tək adamam, çarəsizəm". Xeyr, bu doğru deyil. Hər birinizin bu dünyada işıq saçmağa gücü və bacarığı var. Biz hamımız şamıq və bu dünyaya işıq saça bilərik. Kifayət qədər işıq yandırsaq, kifayət qədər şam yandırsaq, düşüncələr dəyişəcək. Nə siyasətçi, nə qanun, nə sanksiya, nə alınıb-veriən torpaq var. Biz düşüncələrimizlə dünyanı dəyişə bilərik.

Ağlayanda oxumaq həqiqətən çətindir. Və bu qədər kiçik uşaqların başına gələnləri düşünəndə ağlamaq istəyirəm..." deyə, Madonna bildirib. 


Etiketlər:  İnsanlar birinə qarşı necə qədər qəddar bilirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ