Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq konfrans iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

Beynəlxalq konfrans iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

Tarix: 20 Oktyabr 2023 17:06

Bakıda keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mətni "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub.

Müracətdə deyilir:

"Biz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 oktyabr 2023-cü il tarixində Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.

Konfransın iştirakçıları olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.

Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.

Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də, müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.

Biz Azərbaycan Respublikasının ədalətli beynəlxalq disiplin əsasında dünya nizamı yaratmaq səylərini alqışlayırıq. Bu baxımdan, 2023-cü ilin iyulunda müstəmləkəsizliyə dair "Bakı Prosesi"nin tətbiqi və bu proses çərçivəsində qısa müddət ərzində keçirilən mötəbər tədbirlərin dekolonizasiya və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə səmərəli işlərə verdiyi töhfəni yüksək qiymətləndiririk.

Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.

Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik".


Etiketlər:  Beynəlxalq konfrans iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ