Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 13:30
ARB kanalda yayımlanan "Elgizlə izlə" verilişinə qatılmaq üçün tamaşaçılar axtarılır.
Sonxeber.net TNS-ə istinadən xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində elan verilib.
"İş elanları və vakansiyalar" səhifəsində yer alan elanda bildirilib ki, tamaşaçı kimi verilişdə 2 saat iştirak edən şəxslərə bunun müqabilində 4 manat ödəniləcək.
Ölkənin ən reytinqli verilişlərindən olan, sadə vətəndaşların şəxsi həyatlarını müzakirəyə çıxaran, ailə sirlərini açan bir proqrama tamaşaçı tapılmaması düşündürücüdür. Deməli, ekrandan göründüyü kimi, o proqramlarda heç nə təbii deyil.