Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda tanınmış şair küçədə özündən getdi - Diaqnoz məlum oldu - YENİLƏNİB - FOTO

Bakıda tanınmış şair küçədə özündən getdi - Diaqnoz məlum oldu - YENİLƏNİB - FOTO

Tarix: 22 Oktyabr 2023 21:42

Yıxılaraq huşunu itirən şair Balayar Sadiq TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ona komputer tomoqrafiyası edilib.

Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.

O, reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

-------

20:28

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında onun həmkarı Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün 28 May metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.

Milli.Az


Etiketlər:  Bakıda tanınmış şair küçədə özündən getdi Diaqnoz məlum oldu YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ