Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bazarda bu yerli məhsulun qıtlığı YARANA BİLƏR

Bazarda bu yerli məhsulun qıtlığı YARANA BİLƏR

Tarix: 22 Oktyabr 2023 21:36

Astara rayonunun sitrus bağlarından naringi yığımına başlanılıb.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, məhsul yığımı əsasən rayonun 30-a yaxın kəndində aparılır. Ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Səbəb isə yağışlı hava şəraitidir.  

Hal-hazırda bağlarda nazik qabıq və tez yetişən "karli" sortlu mandarin yığılır. Qiymətə təsir edən amillərdən biri də, xarici məhsulun ölkəmizə gətirilməsi, eləcə də yerli məhsulun xarici bazarlara çıxmamasıdır.

Alıcılar, qiymətin aşağı olmasını məhsulun həcmi ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu günə kimi hər bir fərdi həyətlərdən təqribən 3-4 tona yaxın məhsul yığılıb. Yığılan məhsul yerli bazarlarla yanşı paytaxt bazarlarına göndərilir.

Milli.Az


Etiketlər:  Bazarda bu yerli məhsulun qıtlığı YARANA BİLƏR


RƏYLƏR