Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İman nədir?

İman nədir?

Tarix: 22 Oktyabr 2023 22:32

İman; inanmaq, güvənmək və səmimi qəlbdən təsdiq etmək mənalarına gəlir. Buna sahib olana mömin deyilir. Müsəlman isə bu inancını həyatına əks etdirən insandır.

Yer üzündə bütün insanlar, cəmiyyətlər Allahın varlığına inanıblar. Bu inancı Uca Rəbbimiz hər insanı yaradanda fitrətinə yerləşdirib. Ancaq büluğ yaşına çatanda bu inancının üstünü örtür ki, buna ərəb dilində "örtən" mənasında kafir deyilir. Ya da Allahla özü arasına bir çox ilahlar, rəblər və müqəddəs görüdüyü şeylər yerləşdirir.

Tarix boyunca insanların əksəriyyəti məhz bu şəkildə Allaha inanıblar. Onların bu inancını təmizləmək və Allahın bildirdiyi şəkildə inanmaları üçün bütün cəmiyyətlərə Rəbbimiz elçilər və kitablar göndərmişdir. Qurani Kərimdəki həqiqətlər axirətə qədər dəyişməz qalacağı üçün artıq nə elçi nə kitab göndərilməyəcək. Bu səbəblə hər kəs öz istədiyi kimi deyil, Allahın istədiyi, kitabında göstərildiyi şəkildə inanması və yaşaması lazımdır. Bu barədə Quranda belə buyurulmaqdadır:

"Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün doğru bir yoldur. Siz bundan sorğu-sual olunacaqsınız." (Zuxruf 43-44)

Bu ayədən də gördüyümüz kimi, doğru yolda olmaq hər hansı bir məzhəbə deyil, Allahın kitabına sarılmaq, onun göstərdiyi kimi inanmaq və yaşamaqla olur.


Etiketlər:  İman nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ