Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünə start verildi

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünə start verildi

Tarix: 22 Oktyabr 2023 23:34

22 oktyabr "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Sərhədçi" və "Cəlilabad" klubları arasında keçirilmiş oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər.

Oyun region təmsilçisi "Cəlilabad" klubunun 86:76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular Conson Rid (19 xal, 5 asist - "Sərhədçi") və Kobi Tomas (19 xal, 4 ribaund - "Cəlilabad") olublar.

Qeyd edək ki, ilk turun digər oyunları ("Neftçi" - "Xəzri", "Xırdalan" - "Şəki", "NTD-INDIGO" - "Sumqayıt", "Gəncə" - "Sabah") 27-29 oktyabr tarixləri aralığında baş tutacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan Basketbol Liqasında 202324 mövsümünə start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ