Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada dişlərin çıxması üçün dünyada ilk dərman yaradılır

Yaponiyada dişlərin çıxması üçün dünyada ilk dərman yaradılır

Tarix: 23 Oktyabr 2023 05:15

Fəaliyyəti Kioto Universiteti tərəfindən maliyyələşdirilən Yaponiya startapı "Toregem Biopharma"nın əməkdaşları təxminən 2030-cu ilə qədər dişlərin böyüməsi üçün dünyada ilk dərman yaratmaq niyyətindədirlər.

Sonxeber.net sonxəbər.az-a istinadən bildirir ki, hazırlanan dərman ağız boşluğunda yerləşən diş toxumasının formalaşmasına təsir etməlidir. Bu toxumalar əsl dişlərə çevrilə bilər, lakin çox vaxt onların inkişafı dayanır və zamanla yox olur.

Gözlənilir ki, dərman onların inkişaf prosesini dayandıran zülalın təsirini azaldacaq, nəticədə əmələ gələn dişlər çıxmamış və ya itirilmiş dişləri əvəz edə biləcək.
Dərmanın təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün 2024-cü ilin yayında onun insanlar üzərində ilk klinik sınaqlarına başlanması planlaşdırılır.


Etiketlər:  Yaponiyada dişlərin çıxması üçün dünyada dərman yaradılır


RƏYLƏR