Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 09:24
Qarışıq döyüş növlərinin ulduzu, keçmiş UFC çempionu Frensis Nqannou Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldudan bahalı hədiyyə alıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə Nqannou sosial şəbəkə hesabında paylaşım edib.
38 yaşlı futbolçu britaniyalı boksçu Tayson Fyuri ilə döyüşə hazırlaşan dostuna saat hədiyyə edib. "Ronaldonun ürəyi" saatı 110 min funt sterlinq dəyərində qiymətləndirilir.
Xatırladaq ki, Nqannou oktyabrın 28-də Səudiyyə Ərəbistanında dünya çempionu Fyuri ilə boks qaydalarına uyğun döyüşəcək.
Ronaldu bu ilin yanvarından Yaxın Şərqdə çıxış edir. Hücumçunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.