Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 10:30
Qəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb.
"Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib", - məlumatda deyilib.
4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.