Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bunu da bacardılar: xərçəngin müalicəsində ən son yenilik

Bunu da bacardılar: xərçəngin müalicəsində ən son yenilik

Tarix: 25 Oktyabr 2023 00:12

Almaniyada iki türk alimi Prof. Dr. Uğur Şahin və Özlem Türeci xərçəngə qarşı hazırladıqları peyvəndi təqdim ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "BioNTech"in baş direktorları CARVac adlı peyvəndin ilk faza sınaqlarından artıq uğurlu nəticələr əldə ediblər. Bildirilib ki, mRNT əsaslı peyvəndin xərçəng şişlərinin böyüməsini dayandıra, hətta onları kiçildə bilib.

Koronavirusa qarşı mRNT əsaslı peyvəndi bu dəfə xərçəngə qarşı inkişaf etdirən Uğur Şahin və Özlem Türeci sübut ediblər ki, müəyyən bir zülal hüceyrəyə daxil olduqda orqanizm xərçəng hüceyrəsini təmir etməyə başlayır.

Təcrübələr 44 xəstə üzərində aparılıb və ilk iki dozadan sonra iştirakçıların 59 faizində şişlər ən azı 30 faiz kiçildiyi müşahidə edilib. Xəstələrin 95 faizində şişlər böyüməyi dayandırıb.

Dörd doza verilən xəstələrdə bu nisbət yüzdə 45-ə düşüb. Bu qrupda şiş 30 faiz kiçilib, lakin xəstələrin 74 faizində böyümə dayanıb.

Eyni zamanda xərçəng peyvəndi sınaqlarında iştirak edən bəzi xəstələrdə əks təsirlər də müşahidə edilib. İltihab, qızdırma və aşağı təzyiq kimi asan müalicə olunan xəstəliklər müəyyən edilib. Xəstələrin ikisində bu əlamətlər uzun müddət davam edib, birində isə ciddi əlavə təsirlər qeyd olunub.

"BioNTech" şirkəti 2024-cü ilin ilk aylarında yeni peyvəndin ikinci faza sınaqlarına başlamağı planlaşdırır. Peyvənd təsdiq olunarsa, 2030-cu ilə qədər 10 min xərçəng xəstəsi müalicə oluna biləcək.

Peyvəndin tərkibi nədən ibarətdir?

Peyvəndin əsasını CAR T hüceyrəsi (Ximerik antigen reseptoru) terapiyası təşkil edir. Məqsəd bədənin müdafiə sisteminin şiş hüceyrələrini hədəf almasını təmin etməkdir. Laboratoriyada istehsal edilən CAR hüceyrəsi xərçəng hüceyrələri ilə birləşə bilir. Hüceyrənin istehsalı xəstədən alınan ağ qan hüceyrələri ilə süzülərək başlayır. Daha sonra T hüceyrələri fərqləndirilir və CAR reseptoru ilə təchiz edilir. Həm də xəstəyə infuziya yolu ilə verilir.

İndiyə qədər bu üsul leykemiyaya qarşı istifadə olunsa da, sərt davamlı xərçəng hüceyrələri üzərində işləmirdi. Bu mərhələdə "BioNTech"in CART T hüceyrəli mRNT peyvəndi işə düşür. mRNT zülalı xərçəng hüceyrələrinə daşınır və orada protein əmələ gətirir. Yaranan antigen xərçəng hüceyrələrinə çatır və burada CAR-T hüceyrələri tərəfindən tanınır və ona qarşı mübarizə aparmağa başlayır.

Milli.Az


Etiketlər:  Bunu da bacardılar xərçəngin müalicəsində ən son yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ