Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 12:24
Kriştiano Ronaldonun anası Dolereş Aveyru bidirib ki, futbol mafiyası oğlunun daha çox “Qızıl top” qazanmasına mane olur.
Qol.az xəbər verir ki, Portuqaliya mətbuatına müsahibəsində o deyib ki, futbol mafiyası olmasaydı, Ronaldonun “Qızıl top”u daha çox olardı: “Əgər Ronaldo ingilis və ya ispan olsaydı, ona belə münasibət göstərilməzdi. Bütün bunlar ona görə baş verir ki, oğlum portuqaliyalıdır. Bilmirəm, Kriştiano bu il də “Qızıl top”u qazana biləcəkmi. Amma buna inanıram”.
Xatırladaq ki, Ronaldo beş dəfə “Qızıl top”a sahib olub.