Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Babayan qondarma “artsax” xəyalının bitdiyini etiraf etdi

Babayan qondarma “artsax” xəyalının bitdiyini etiraf etdi

Tarix: 25 Oktyabr 2023 17:22

Samvel Babayan Qarabağdakı qondarma rejimin səhifəsinin bağlandığını hesab edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Qarabağ separatçılarının "keçmiş müdafiə naziri" bu barədə "CivilNet" xəbər portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ Ermənistanda heç kimə maraqlı deyil və "Azərbaycanla Qarabağda ləğv olunmuş qondarma rejim arasında danışıqlarının bərpası ehtimalı sıfıra bərabərdir".

Samvel Babayan əlavə edib ki, hazırkı reallıq bu imkanların tükəndiyini göstərir.

Milli.Az


Etiketlər:  Babayan qondarma artsax xəyalının bitdiyini etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ