Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 18:34
Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistan XİN rəhbəri bildirib ki, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.
O digər ölkələrin də Zəngəzurda səfirlik açdıqlarını qeyd edib.
"İran artıq konsulluğunu açıb, Fransa belə bir niyyətini açıqlayıb. Digər maraqlı ölkələr də var".
Nazir yekun razılaşma olmadığından həmin ölkələrin adını açıqlamayıb.
Mirzoyanın fikrincə, xarici dövlətlərin konkret regionda olması onun iqtisadi inkişafına kömək edir.