Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Azərbaycanla təhdid dilində danışılması yanlışdır

XİN: Azərbaycanla təhdid dilində danışılması yanlışdır

Tarix: 25 Oktyabr 2023 21:15

Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatlarına dair şərhində bildirilib.

Qeyd olunub ki, bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

"Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.

Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - deyə bildirilib.

Milli.Az


Etiketlər:  XİN Azərbaycanla təhdid dilində danışılması yanlışdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ