Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ohanyan etiraf etdi: “Rusiya bizə silahla dolu 1500 təyyarə göndərib”

Ohanyan etiraf etdi: “Rusiya bizə silahla dolu 1500 təyyarə göndərib”

Tarix: 26 Oktyabr 2023 14:42

"Ermənistan hakimiyyəti strateji müttəfiqi Rusiya ilə münasibətlərinin pisləşməsi səbəbindən silah tədarükünü diversifikasiya edir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu "Hayastan" blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Milli Assambleyada keçirdiyi brifinqdə deyib. Eks nazir bildirib ki, ölkə rəhbərliyi əvvəllər Rusiya Federasiyasından əsas təchizatla yanaşı, başqa ölkələrdən müəyyən miqdarda silah-sursat da alıb: "Əməkdaşlığın qurulması zamanı nəqliyyat və logistika çətinlikləri həmişə nəzərə alınıb. Bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilirdi. Ermənistanın başqa ölkələrdən silah almasını heç kim qadağan etməyib. Amma hazırda ölkə rəhbərliyinin etdiyi kimi, bu Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi fonunda həyata keçirilməməlidir. Ermənistanın silah arsenalında ən böyük pay Rusiya mənşəli silah-sursatdır. Buna uyğun olaraq qurulmuş nəzarət sistemi də bu silahlara əsaslanır". 

Ohanyan onu da bildirib ki, əvvəllər Rusiyadan silah tədarükü müntəzəm olub. Ohanyanın nazir olduğu dövrdə, 2008-2016-cı illərdə Rusiyadan Ermənistana göyərtəsində silahlarla 1500-ə yaxın təyyarə uçub.

Milli.Az


Etiketlər:  Ohanyan etiraf etdi Rusiya bizə silahla dolu 1500 təyyarə göndərib


RƏYLƏR