Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" səfərdə "Bayer"ə böyük hesabla uduzub VİDEO - FOTO - YENİLƏNİB

Tarix: 27 Oktyabr 2023 00:58

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada "Bayer 04" klubunun qonağı olub.

"Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Qrupun digər görüşündə "Molde" İsveçin "Hakken" kollektivini eyni hesabla üstələyib.

Beləliklə, "Bayer 04" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer 04"ü qəbul edəcək.

Milli.Az


Etiketlər:  Qarabağ səfərdə Bayerə böyük hesabla uduzub VİDEO FOTO YENİLƏNİB


RƏYLƏR