Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo ilə bağlı yeni iddia

Mourinyo ilə bağlı yeni iddia

Tarix: 5 May 2019 18:28

Ötən ilin dekabrında "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo yeni təklif alıb.

Qol.az-ın "Sky Sport İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, "Seltik" portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır. PSJ variantı da olan 56 yaşlı çalışdırıcının bu təklifi da götür-qoy etdiyi bildirilir. Əgər Tomas Tuxel yayda Paris klubundan getməsə, Mourinyonun Şotlandiya çempionu ilə müqavilə bağlayacağı iddia olunur.

Qeyd edək ki, Mourinyonun meneceri Jorje Mendeşin "Seltik"in prezidenti ilə yaxşı münasibətləri var. Şotlandiya klubunun təcrübəli məşqçiyə təklif göndərməsi də məhz bununla əlaqələndirilir.

 


Etiketlər:  Mourinyo ilə bağlı yeni iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ