Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi

Tarix: 27 Oktyabr 2023 05:35

Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri "Unuda bilmirəm" mahnısını təqdim ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib. "Unuda bilmirəm"ə rejissor Alvin Mahmudov ekran həyatı verib.

"Bir il idi ki, "Retrock" albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu", - Mərdan bildirib.

Qeyd edək ki, "Unuda bilmirəm" Mərdan Kazımovun "RETROCK" albomunda yer alıb.

Xatırladaq ki, sözügedən ifa ilk dəfə Xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.

Milli.Az


Etiketlər:  Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi


RƏYLƏR