Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" "Real"dan Ardanın qisasını aldı - Türk futbolçu imzanı atır

Tarix: 27 Oktyabr 2023 10:10

Arda Gülerin transferində bir-birinə rəqib olan "Barselona" və "Real Madrid" növbəti türk futbolçu uğrunda savaşır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, İspaniya klubları "İnter"in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, Ardanı əldən verən "Barselona" Hakan Çalhanoğlunu transfer etmək üzrədir. "Real Madrid"in də yaxından maraqlandığı ulduz futbolçu ilə "Barselona" anlaşıb. Mövsümün fasiləsində Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyən "Barselona" rəsmiləri ulduz futbolçu ilə söhbət edib.

Transfer haqqı ilə bağlı "İnter"lə danışıqları yekunlaşdıran "Barselona" rəsmiləri Hakanı fasilədə olmasa, mövsümün sonunda heyətinə qatacaq.

Milli.Az


Etiketlər:  Barselona Realdan Ardanın qisasını aldı Türk futbolçu imzanı atır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ