Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Molla rejimi bu aktrisaları "qara siyahı"ya saldı

Molla rejimi bu aktrisaları

Tarix: 27 Oktyabr 2023 12:28

İran hicab taxmaqdan imtina etdiyi üçün fəaliyyət göstərməsi qadağan edilən aktrisaların rəsmi siyahısını açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İran hicab taxmaqdan imtina etdiyinə görə filmlərdə oynaması qadağan edilən aktrisaların rəsmi siyahısını hazırlayıb. Bunu İRNA-ya müsahibəsində İranın Kino Peşəkar Qiymətləndirmə və Nəzarət Baş İdarəsinin rəis müavini Həbib İl Beqi deyib.

O bildirib ki, qadağa məcburi hicabsız aktrisaların iştirakı ilə daha əvvəl çəkilmiş filmlərə təsir etməyəcək. Bununla belə, o qadınların yeni film layihələrində görünməsinə icazə yoxdur.

"Qara siyahı"ya Baran Kosari, Vişka Asayeş, Tarane Alidoosti, Katayoun Riahi, Pantea Bahram, Hengame Ghaziani, Pega Ahangarani və bir sıra başqa aktrisalar daxil edilib.

Milli.Az


Etiketlər:  Molla rejimi bu aktrisaları qara siyahıya saldı


RƏYLƏR