Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya - Ukrayna müharibəsi: Cəbhədən qara xəbər gəldi

Rusiya - Ukrayna müharibəsi: Cəbhədən qara xəbər gəldi

Tarix: 27 Oktyabr 2023 12:38

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 560 hərbçisini itirib. 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 297 680 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 11 zirehli döyüş maşını, 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Etiketlər:  Rusiya Ukrayna müharibəsi Cəbhədən qara xəbər gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ