Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüsalə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - Bu bizə hörmətsizlikdir - VİDEO

Vüsalə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - Bu bizə hörmətsizlikdir - VİDEO

Tarix: 27 Oktyabr 2023 13:25

"Xəzər" televiziyasında Vüsalə Əlizadənin təqdimatında yayımlanan "İncə səhər" verlişində qalmaqal yaşanıb.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, verilişin qonağı olan Sevil- Sevinc bacıları ilə aparıcı arasında söz davası yaşanıb. Format əsasında qonaqların əl qabiliyyətini yoxlamaq üçün bacları mətbəxə dəvət edən Vüsaləyə bacılardan sərt reaksiya gəlib:

"Biz əziyyət çəkib bu verilişə hazırlaşıb, geyinib -keçinib, bəzənib gəlmişik. Amma yemək bişirməyə yox, mahnı oxumağa. Dünəndən komandanıza da demişik, razılaşmışıq".
Vüsalə Əlizadə isə məsələyə öz növbəsində belə aydınlıq gətirib: "Bu verilişə sizdən də böyük, xalq artistləri, əməkdar artistlər gəlib, formata uyğun yemək də hazırlayıblar. Bu bizim verilişin formatıdır. Burada aparıcı və layihə rəhbəri mənəm. Belə bir iradınız var idisə, mənə öncədən bildirərdiniz. Bu bizə hörmətsizlikdir. Yaşım da, təcrübəm də sizdən çoxdur".

Daha sonra tərəflər arasında atmacalı söz savaşı davam edib.

Milli.Az


Etiketlər:  Vüsalə Sevil Sevinc canlı efirdə söz savaşına çıxdı Bu bizə hörmətsizlikdir VİDEO


RƏYLƏR