Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BQXK Qəzzaya humanitar yardım göndərdi

BQXK Qəzzaya humanitar yardım göndərdi

Tarix: 27 Oktyabr 2023 17:14

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

"Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.
Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.

Milli.Az


Etiketlər:  BQXK Qəzzaya humanitar yardım göndərdi


RƏYLƏR