Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya MN adı dəyişdi: Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu

Rusiya MN adı dəyişdi: Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu

Tarix: 27 Oktyabr 2023 20:48

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu" kimi qeyd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası "Dağlıq Qarabağ münaqişəsi zonası" adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Milli.Az


Etiketlər:  Rusiya MN adı dəyişdi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu


RƏYLƏR