Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 20:36
"Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçilər noyabrın 17-si Kosta Rika ilə səfərdə keçiriləcək KONKAKAF Milli Liqası matçına çağırılıblar.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.