Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Barış Mançonun vəsiyyəti yerinə yetirildi - O, 50 il öncə...

Barış Mançonun vəsiyyəti yerinə yetirildi - O, 50 il öncə...

Tarix: 28 Oktyabr 2023 10:40

Türk musiqisinin əfsanələrindən olan Barış Manço 50 il əvvəl Türkiyənin 100 illik yubileyi üçün xüsusi olaraq "2023 marşı" yazıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, Cümhuriyyətin 100-cü ildönümünü qeyd etməyin ona nəsib olmayacağını hiss etdiyi üçün bu marşın 2023-cü ildə simfonik şəkildə ifa olunmasını istəyib.

Türkiyənin məşhur Senforok Orkestri marşı ifa edərək Mançonun vəsiyyətini yerinə yetirib.

Belə ki, İstanbulda mərhum ifaçının həyat yoldaşı Lale Mançonun da dəvət aldığı proqramda onun 14 əsəri və sözügedən marşı səsləndirilib.

Qeyd edək ki, Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.

Milli.Az


Etiketlər:  Barış Mançonun vəsiyyəti yerinə yetirildi O 50 il öncə


RƏYLƏR