Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bakıya əsas oyunçularını gətirməsələr, bəlkə onda bacara bilərik" - Aslan Kərimov

Tarix: 28 Oktyabr 2023 11:00

UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 26-da Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olub. Görüş təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı  keçirdiyi üçüncü oyunu barədə nə düşündüyünü soruşduq.
 
Milli.Az bildirir ki, onun fanat.az-a açıqlaması belə oldu: 

"Rəqib tam qüvvəsi ilə meydana çıxmışdı. Elə fikirləşirdik ki, bəlkə ikinci heyəti ilə oynayar. Görünür, Almaniyadakı oyunda nəticə qazanandan sonra Bakıda bunu etmək niyyətləri var. 
Oyuna gəldikdə, "Qarabağ" yüksək pressinqdə oynamalı idi. Bizim komanda isə 4-1-4-1 taktiki düzülüşü ilə rəqib qapısı qarşısında pressinq etməyi bacarmadı. Daha sonra Qurban Qurbanov 4-2-3-1-ə keçdi. Bəlkə biz yüksək pressinq etməsəydiq, 5:1 hesablı məğlubiyyət olmayacaqdı. "Qarabağ" bir çox səviyyəli komandalara qarşı oynayıb. Məsələn, "Çelsi", "Atletiko Madrid", "Fiorentina" kimi klublarlarla oyunlar baş tutub. Komanda "Fiorentina"ya qarşı böyük hesablı məğlubiyyətdə belə, bu qədər topsuz, aciz qalmamışdı. Rəqib komanda fiziki, taktiki kompanetlərdə bizdən üstün oyunayıb layiqli qələbə qazandılar. Hesab edirəm ki, biz "Bayer Leverkuzen"i bu turnirin finalında görsək, təəccüblənməməliyik. 
Düzdür, daha az qol buraxa bilərdik. Bu da nə qazandıracaq idi ki? Bakıya əsas oyunçularını gətirməsələr, bəlkə onlarla bacara bilərik".

Milli.Az


Etiketlər:  Bakıya əsas oyunçularını gətirməsələr bəlkə onda bacara bilərik Aslan Kərimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ