Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüsal Albaniyada daha bir qol vurdu

Vüsal Albaniyada daha bir qol vurdu

Tarix: 29 Oktyabr 2023 12:10

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, komanda 10-cu turda səfərdə "Skenderbeu" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

İsgəndərli meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. O, 53-cü dəqiqədə isə sarı vərəqə alıb. 

Qeyd edək ki, "Eqnatiya" hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb. 

Milli.Az


Etiketlər:  Vüsal Albaniyada daha bir qol vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ