Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 23:34
23:33
Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək", - məlumatda deyilir.
Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.
Qeyd edək ki, etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb. Teleqram kanallarının məlumatına görə, indiyədək 4 etirazçı saxlanılıb.
--------
22:09
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.
Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.