Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 16:32
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağaclar kəsilərək ərazidən daşınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" məlumat yayıb.
Sakinlərin sözlərinə görə, gecə saat 02:45 radələrində sözügedən ünvanda yaşıllıq ərazi hasarlanıb, orada bir neçə ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirdi ki, hazırda nazirliyin əməkdaşları tərəfindən ərazidə araşdırma aparılır: "İlkin araşdırma zamanı beş ağacın kökündən çıxarılması təsdiq edilib. Ağaclar kökündən çıxardıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Ağacların çıxaran şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi barədə araşdırmalar davam etdirilir".