Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 23:58
İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının deputatı Daniel Halemba qadağan olunmuş totalitar simvolları nümayiş etdirmək ittihamı ilə saxlanılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, prokurorluq rəsmisi Halembanın bazar ertəsi və ya çərşənbə axşamı günü məhkəməyə gətiriləcəyini bildirib.
Vurğulanıb ki, ittihamlar arasında "irqi zorakılığı təşviq etmək" də var.
Məlumata görə, yeni seçilmiş 22 yaşlı deputat Daniel Halemba noyabrın 2-də Bavariya regional parlamentində öz yerini tutmalıdır. O, polis tərəfindən sentyabrda axtarış aparılan "Teutonia Praqa" tələbə qardaşlığının üzvüdür.
Axtarış zamanı rəsmilər qadağan olunmuş simvollar tapdıqlarını bildiriblər, qonşuları isə "Sieg Heil" ("Ziq Hayl" - "Yaşasın Qələbə") sözlərini tez-tez eşitdiklərindən şikayətləniblər.