Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahunun müharibə çağırışı, fələstinlilərin qorxusu...

Netanyahunun müharibə çağırışı, fələstinlilərin qorxusu...

Tarix: 31 Oktyabr 2023 07:32

Netanyahu "indi müharibə zamanıdır" deyib atəşkəsə qarşı çıxdı və bəyan etdi ki, əsas hədəfləri HƏMAS-ı tarixdən silməkdir.

Milli.Az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Hərçənd, bu müharibədə əsas zərbə sivillərə dəyir. İsrail Qəzzanı bombalamamışdan öncə mülki əhalinin cənuba köçməsi çağırışını etmişdi, çünki 30-40 min silahlı üzvü olan və yeraltı tunellərdə gizlənən HƏMAS-a qarşı yanlız raket zərbələri ilə nəsə etmək mümkündür. Mülki əhali çıxmadı. İsrail bunu "HƏMAS-ın əhalinin çıxışına imkan verməməsi" kimi təqdim etsə də, burada iki səbəb daha çox rol oynayır.

Birincisi, əhalinin çıxması üçün az zaman verilmişdi və mülki əhali bölgəni tərk etmədən zərbələr endirildi;

İkincisi və ən əsası, fələstinlilər ikinci Nakbanın (böyük fəlakət - 1948-ci ildə İsrail yarananda baş verən köç) yaşanmasından qorxur və düşünürlər ki, getsələr, bir daha geri qayıda bilməyəcəklər.

İsrail HƏMAS-ı məhv etmək üçün Qəzzanı bombalayır, tunellərdə gizlənən qruplaşma üzvlərinin əvəzinə sivillər ölür.

Milli.Az


Etiketlər:  Netanyahunun müharibə çağırışı fələstinlilərin qorxusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ