Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tədbirdən kənarlaşdırılan 4-cü sinif şagirdinin görüntüləri ürək dağladı - VİDEO- FOTO

Tədbirdən kənarlaşdırılan 4-cü sinif şagirdinin görüntüləri ürək dağladı  - VİDEO- FOTO

Tarix: 31 Oktyabr 2023 11:20

Türkiyədə məktəblərdən birində etiraza səbəb olan hadisə yaşanıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Afyonkarahisarda Mustafa Kamal Atatürk adına məktəbdə 29 oktyabr Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə 4-cü sinif şagirdləri tədbir təşkil edib. Onlar üzərində Türk bayrağı olan köynəklər geyinərək müxtəlif rəqslər ediblər. Bu zaman  M.E.T adlı məktəbli qrupdan kənarlaşdırlıb.

Belə ki, ibtidai sinif müəllimi ona sinif yoldaşları ilə birlikdə hərəkətləri normal etmədiyini bildirib. O M.E.T-ə disleksiya (diqqətsizlik) olduğunu bildirərək onu qrupdan uzaqlaşdırıb.

Uşaq kənarda dayanıb və öz sinif yoldaşlarının şousunu izləyib. Ayrı-seçkiliyi əks etdirən ürəkdağladan görüntülər sosial şəbəkələrdə və Türkiyə mətbutda yayılaraq kəskin etirazlara səbəb olub.

Video ilə bağlı ərazi üzrə təhsil idarəsində araşdırmalara başlanılıb.


Etiketlər:  Tədbirdən kənarlaşdırılan sinif şagirdinin görüntüləri ürək dağladı VİDEO FOTO


RƏYLƏR